SON DƏQİQƏ
» » Ayətullah Sistani İraqda növbədənkənar seçkilərin keçirilməsini istəyib

Ayətullah Sistani İraqda növbədənkənar seçkilərin keçirilməsini istəyib

Tarix:

20-12-2019, 18:10

/ 1 063 dəfə oxundu.
Ayətullah Sistani İraqda növbədənkənar seçkilərin keçirilməsini istəyib

Ayətullah Sistani İraqda yeni seçki qanununun yazılması, onun icrası üçün müstəqil komissiyanın təşkili və yeni parlament seçkilərinin keçirilməsini istəyib.

GunAz.az xəbər verir ki, bunu Ayətullah Sistaninin nümayəndəsi şeyx Əbdül-Mehdi əl-Kərbəlayi bu gün cümə namazı xütbələrində deyib.

Şeyx Əbdül-Mehdi əl-Kərbəlayi ölkədəki siyasi böhranla bağlı Ayətullah Sistaninin son tövsiyələrini iraqlılara çatdırarkən bildirib ki, vəziyyətdən çıxmağın ən yaxın yolu növbədənkənar seçkilərin keçirilməsidir.

“Ölkə konstitusiyasına görə, xalq, hakimiyyətin bütün növlərinin mənbə və mənşəyidir. Mövcud böhrandan çıxmağın ən asan və yaxın yolu növbədənkənar seçkilərin keçirilməsidir. Növbədənkənar seçkilərlə xalqa qayıtmaq, naməlum vəziyyətə, daxili qarşıdurma və xaosa getməkdən daha yaxşıdır... Seçkilərlə bağlı insaflı qanun yazılmalı, onun icrası üçün müstəqil komissarlıq təşkil edilməli, seçki qanunu tezliklə təsdiqlənməlidir”, deyə Ayətullah Sistaninin nümayəndəsi müctəhidin ölkədəki mövcud vəziyyətlə bağlı hakimiyyət qurumlarına verdiyi tövsiyələri açıqlayıb.

скачать dle 12.1

Şərhlər