SON DƏQİQƏ
» » Prezidentin köməkçisi çağırış etdi — Növbədənkənar SEÇKİLƏRLƏ BAĞLI

Prezidentin köməkçisi çağırış etdi — Növbədənkənar SEÇKİLƏRLƏ BAĞLI

Tarix:

5-02-2018, 11:50

/ 1 289 dəfə oxundu.
Prezidentin köməkçisi çağırış etdi — Növbədənkənar SEÇKİLƏRLƏ BAĞLI

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov aprelin 11-də ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı məsələyə münasibət bildirib.

Gunaz.az-ın məlumatına görə, Əli Həsənov deyib ki, bu ilin martın 31-də azərbaycanlıların soyqırımının 100 illiyi, mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 95 illiyi, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. 

Ə.Həsənov bir neçə mühüm tədbirlərin seçkilərin vaxtının önə çəkilməsini zəruri etdiyini söyləyib:

“Bununla yanaşı, cənab Prezident növbədənkənar prezident seçkisinin keçirilməsi haqqında sərəncam imzalayıb. Seçiciləri seçkilərdə fəal olmağa çağırırıq”.

Xatırladaq ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ