Türkiyədə növbədənkənar parlament seçkiləri planlaşdırılmır.
Gunaz.az xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
B.Bozdağ bildirib ki, KİV-lərdə 2018-ci ilin əvvəlində növbədənkənar parlament seçkilərinin keçirilməsi xəbəri həqiqəti əks etdirmir.
Qeyd edək ki, daha öncə Türkiyə KİV-ləri bidirmişdi ki, Maral Akşener tərəfindən ölkədə yeni müxalifət partiyası yaradıldıqdan sonra ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək