
İraqın yeni istefa vermiş baş naziri Adil Əbdül-Mehdi ABŞ hökumətinin ölkənin dini-siyasi xadimlərinə sanksiya tətbiqini tənqid edib.
GunAz.az xəbər verir ki, Adil Əbdül-Mehdi ABŞ hökumətinin Haşd-Şabi -nin "Əsaib Əhlil-Haqq" briqadasının lideri Şeyx Qeys Xəzəliyə sanksiya tətbiqini tənqid edib.
Sabiq baş nazir bildirib ki, ABŞ İraqda İŞİD-ə qarşı döyüşmüş simaları sanksiyalarına əlavə etməklə ölkəyə və onun xalqına zərbə vurur.
Onun sözlərinə görə ABŞ bu addımı ilə İraqda zorakılığa çağırış edir.
Qeyd edək ki, cari ayın 6-da ABŞ Xəzinədarlıq Departamenti İraqda İŞİD-lə döyüş məqsədilə yaradılmış Xalq Səfərbər Qüvvələrinin bir neçə rəhbər və komandirinə sanksiya tətbiq edib.
ABŞ bu addımın səbəbi kimi, "İranla əlaqə və İraqdakı aksiyalara qarşı zorakı addımları" irəli sürüb.
N.SAFURA