İraqın sabiq baş naziri ABŞ-ın ölkə siyasətçilərinə sanksiya tətbiqini tənqid edib

İraqın sabiq baş naziri ABŞ-ın ölkə siyasətçilərinə sanksiya tətbiqini tənqid edib

 İraqın yeni istefa vermiş baş naziri Adil Əbdül-Mehdi ABŞ hökumətinin ölkənin dini-siyasi xadimlərinə sanksiya tətbiqini tənqid edib.

GunAz.az xəbər verir ki, Adil Əbdül-Mehdi ABŞ hökumətinin Haşd-Şabi -nin "Əsaib Əhlil-Haqq" briqadasının lideri Şeyx Qeys Xəzəliyə sanksiya tətbiqini tənqid edib.

Sabiq baş nazir bildirib ki, ABŞ İraqda İŞİD-ə qarşı döyüşmüş simaları sanksiyalarına əlavə etməklə ölkəyə və onun xalqına zərbə vurur.

Onun sözlərinə görə ABŞ bu addımı ilə İraqda zorakılığa çağırış edir.

Qeyd edək ki, cari ayın 6-da ABŞ Xəzinədarlıq Departamenti İraqda İŞİD-lə döyüş məqsədilə yaradılmış Xalq Səfərbər Qüvvələrinin bir neçə rəhbər və komandirinə sanksiya tətbiq edib. 

ABŞ bu addımın səbəbi kimi, "İranla əlaqə və İraqdakı aksiyalara qarşı zorakı addımları" irəli sürüb.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt