SON DƏQİQƏ
» » İraqın Haşd-Şabi qüvvələri mövqelərinin hədəfə alınması ilə bağlı ABŞ-a xəbərdarlıq edib

İraqın Haşd-Şabi qüvvələri mövqelərinin hədəfə alınması ilə bağlı ABŞ-a xəbərdarlıq edib

Tarix:

22-08-2019, 18:30

/ 1 922 dəfə oxundu.
İraqın Haşd-Şabi qüvvələri mövqelərinin hədəfə alınması ilə bağlı ABŞ-a xəbərdarlıq edib

 İraqın Xalq Səfərbər Qüvvələri (Haşd-Şabi) mövqelərinin hədəfə alınması ilə bağlı ABŞ-a xəbərdarlıq edib.

GunAz.az  xəbər verir ki, bu barədə Haşd-Şabi qüvvələrinin rəsmi twitter səhifəsində bəyanat verilib.

Haşd-Şabinin bəyanatında bildirilib ki, son həftələrdə hərbi qurumun silah-sursat anbarlarının hədəfə alınması ABŞ və İsrail tərəfindən həyata keçirilib. Bəyanatda yer alan iddialardan birinə əsasən ABŞ son ildə bir neçə İsrail PUA-sını Azərbaycan yolu ilə İraqa daxil edib.

Bəyanatın bir qismində bildirilib ki, Haşd-Şabi qüvvələri bundan sonra həyata keçiriləcək hücumlara cavab verəcək.

Qeyd edək ki, son həftədə İraqda Haşd-Şabi qüvvələrinin qərargah və silah anbarları iki dəfə naməlum obyektlər tərəfindən vurulub. Bu hücumlardan sonra İraq baş naziri ölkədə həyata keçirilən uçuşların hamısının nəzarətə götürülməsi göstərişini verib. Lakin İraq hərbi mənbələri ABŞ-ın ölkədə həyata keçirdiyi saysız-hesabsız uçuşlarını nəzərə alaraq, İraq ordusunun sözügedən uçuşların hamısını nəzarətə götürmək iqtidarında olmadığını bildiriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ