SON DƏQİQƏ
» » Hərbi əməliyyat: İraq ordusu Kərkükə girdi - SON DƏQİQƏ

Hərbi əməliyyat: İraq ordusu Kərkükə girdi - SON DƏQİQƏ

Tarix:

13-10-2017, 13:00

/ 1 828 dəfə oxundu.
Hərbi əməliyyat: İraq ordusu Kərkükə girdi - SON DƏQİQƏ

İraq ordusunun Kərkükdə hərbi əməliyyata başladığı ilə bağlı xəbər yayılıb.

Gunaz.az-ın məlumatına görə, AFP xəbər agentliyi bildirib ki, iraqlı generallardan biri Kərkük əməliyyatına başladıqlarını açıqlayıb. Şimali İraq Kürd Muxtariyyətinin Təhlükəsizlik Agentliyi Tvitterdə bununla bağlı açıqlama yayıb: “İraq ordusu və "Haşdi Şabi" Kərkükün cənubundakı Bəşir kəndi və Tazehurmatu qəsəbəsinə tank, top və digər ağır silahlar yerləşdirib”.

Açıqlamada iddia edilir ki, İraq ordusu və "Haşdi Şabi"nin bu addımı atmağına səbəb Peşmərgənin nəzarətində olan neft quyuları, hava limanı və hərbi bazaları ələ keçirməkdir. Məlumata görə, peşmərgə ilə İraq ordusu və "Haşdi Şabi" qüvvələri arasındakı məsafə 3 km-dir."

Şimali İraq Kürd Muxtariyyəti başçısının köməkçisi Kosrat Rəsul bildirib ki, on minlərlə peşmərgə İraq qüvvələrinin təhdidlərinə cavab vermək üçün Kərkükdədir: “Dünən gecədən bəri daha 6 min Peşmərgə Kərkükə göndərilib”.

Kərkükdəki Peşmərgə komandiri Kamal Kərkük "Haşdi Şabi"nin şəhərin cənub bölgəsindən irəliləməyə başladığını təsdiq edərək, bölgədə hərbi gərginliyin olduğunu deyib. Onun sözlərinə görə, Peşmərgə qüvvələri bütün səngərlərdə yerlərini tutublar və ola biləcək hər hansı müdaxiləni cavabsız buraxmayacaqlar.

Bildirilib ki, Kərkükdə bəzi vətəndaşlar könüllü silahlanaraq "Haşdi Şabi"nin şəhərə girməyinin qarşısını almaq istəyirlər.(Metbuat.az)

скачать dle 12.1

Şərhlər