SON DƏQİQƏ
» » Türkiyəli jurnalist: “Kərkükdə əsas problem türkmənlərin təhlükəsizliyidir”

Türkiyəli jurnalist: “Kərkükdə əsas problem türkmənlərin təhlükəsizliyidir”

Tarix:

27-09-2017, 21:36

/ 1 084 dəfə oxundu.
Türkiyəli jurnalist: “Kərkükdə əsas problem türkmənlərin təhlükəsizliyidir”

“Kərkükdə əsas problem türkmənlərin təhlükəsizliyidir”.
Bunu APA-nın Türkiyə bürosuna türkiyəli jurnalist-yazar Güngör Yavuzaslan deyib. İraqın Kərkük vilayətindəki vəziyyəti dəyərləndirən Güngör Yavuzaslan İraqın şimalında sentyabrın 25-də keçirilmiş referendumu belə şərh edib: “Bölgədən bu gün səhər Türkiyəyə qayıtmışam. Kərkük Seçki Komissiyası referendumu qəbul etmədi. Səsvermə üçün Ərbildən adamlar göndərdilər, Kərkük isə referendumu boykot etdi. İndi Kərkükdə türkmənlərin əsas problemi onların təhlükəsizliyidir. Türkmənlər Bağdad hökumətindən və Türkiyədən onları qorumaq üçün yardım gözləyirlər. Şəhər barıt çəlləyi kimidir, təxribatçı qüvvələr hər an türkmənlərə hücum edə bilər. Ona görə türkmən liderlər Bağdad və Ankara ilə daimi əlaqə saxlayır. Onların yeganə istəyi türkmənlərin təhlükəsizliyini təminat altına almaqdır”.

скачать dle 12.1

Şərhlər