SON DƏQİQƏ
» » Bağdadda təhlükəsizlik qüvvələrinə əl qumbarası ilə hücum edilib, 9 yaralı var

Bağdadda təhlükəsizlik qüvvələrinə əl qumbarası ilə hücum edilib, 9 yaralı var

Tarix:

4-12-2019, 17:32

/ 1 062 dəfə oxundu.
Bağdadda təhlükəsizlik qüvvələrinə əl qumbarası ilə hücum edilib, 9 yaralı var

 Bağdadın mərkəzi küçələrinin birində təhlükəsizlik qüvvələrinə əl qumbarası ilə hücum edilib. Yaralananlar var.

GunAz.az xəbər verir ki, bu barədə İraq Ordusunun Bağdad Əməliyyatları Komandanlığının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ər-Rəşid prospektində xidməti vəzifəsi başında olan təhlükəsizlik qüvvələrinə əl qumbarası atılıb.

Hücum nəticəsində 9 təhlükəsizlik qüvvəsi üzvü yaralanıb ki, onların 4-nün vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, son iki gündə Bağdad və Nəcəfdə etiraz aksiyaları nisbətən səngiyib. Hazırda Kərbəla və Nasiriyyə şəhərləri gərgin olaraq qalır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər