
ABŞ İranın neft tədarükünü məhv edə bilməyib.
GunAz.az xəbər verir ki, bunu İranın vitse-prezidenti İshaq Cahangiri deyib. O, amerikalıların bütün sanksiya tədbirlərinin uğursuzluğa düçar olduğunu bildirib:
“Bütün maksimal və psixoloji təzyiqlərə rəğmən ABŞ İran neftinin ixracını sıfıra endirməyi bacarmayıb. Biz onu başqa metodlarla satırıq. İranlılar iqtisadi təzyiqlərə müqavimət göstərərək, ayaq üstə qalmağı bacarıblar”.
N.SAFURA