SON DƏQİQƏ
» » İran İraq və Suriya ərazisindən Aralıq dənizi sahilinə neft kəməri çəkir - Mənbə

İran İraq və Suriya ərazisindən Aralıq dənizi sahilinə neft kəməri çəkir - Mənbə

Tarix:

27-08-2019, 21:10

/ 1 313 dəfə oxundu.
İran İraq və Suriya ərazisindən Aralıq dənizi sahilinə neft kəməri çəkir - Mənbə

 İran neftinin dünya bazarına, xüsusilə də Aralıq dənizi hövzəsində olan ölkələrə ixracını təmin etmək üçün yeni neft kəmərini çəkməyi planlaşdırır.

GunAz.az Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İran və İraq mənbələri məlumat veriblər.

Bildirilib ki, İran öz neftinin İraqdan keçərək, Suriyanın sahildə yerləşən Banyas limanına çıxarılması layihəsini həyata keçirməyi planlaşdırır.

Mənbə bildirib ki, İran sözügedən layihəni 2013-cü ildə də müzakirəyə çıxartdı, lakin İŞİD-in bölgəni zəbt etməsindən sonra bu layihə təxirə düşdü.

Mənbə bildirib ki, layihə iki hissədən ibarətdir. Biri, yarısı İraqdan keçən min km-lik kəmərin çəkilməsi, digəri isə 1982-ci ildən işini dayandıran Kərkük-Banyas kəmərinə birləşdirilməsi. Əlavə edilib ki, İran bu addımla gərgin vəziyyətin hökm sürdüyü Hörmüz boğazından yayınmağa çalışır. Bu kəmər günə 1.25 milyon barel nefti İrandan Aralıq dənizi sahilinə ötürə bilər.

Qeyd edək ki, İran Hörmüz boğazından keçmədən neftinin ixracını təmin etmək üçün daha bir layihəni tamamlamaq istəyir. İranın Milli Neft Şirkətinin nəzdində fəaliyyət göstərən "PEDEC" şirkəti bəyan edib ki, iki milyard dollarlıq Guruh- Casək neft boru kəməri gələn ilin (hicri-şəmsi təqvimi ilə) sonuna qədər bitəcək. İran rəsmisi bildirib ki, gələn ilin sonunda İranın xam neftinin bir qisminin ixracı Hörmüzdən keçmədən və bu boğazın şərqindən baş tutacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ