SON DƏQİQƏ
» » Təhlükəli yük! Füzulidə yararsız ət aşkarlandı!

Təhlükəli yük! Füzulidə yararsız ət aşkarlandı!

Tarix:

Bu gün, 18:59

/ 3 242 dəfə oxundu.
Təhlükəli yük! Füzulidə yararsız ət aşkarlandı!

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Füzuli rayonu, Alxanlı postunda Yavər Tapdıq oğlu Qurbanovna məxsus 10-FS-804 dövlət qeydiyyat nişanlı QAZ-3102 markalı avtomobilə baxış keçirib.
GunAz.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı avtomobilin yükdaşıma hissəsində ümumi çəkisi 120 kq istehlaka yararsız iribuynuzlu heyvan əti aşkarlanıb. Ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən edilib.
Vətəndaş izahatında ətin özünə məxsus olduğunu, iribuynuzlu heyvanı tələf olduğu üçün Xocavənd rayonu, Qırmızı Bazar ərazisində kəsdiyini və Beyləqan rayonuna aparmaq istədiyini bildirib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, ətlər soyuducu anbarda saxlanca yerləşdirilib, laborator nümunə götürülüb.
Araşdırmalar davam etdirilir.
скачать dle 12.1

Şərhlər