İstehlaka yararsız 62 ton süd məhsulları məhv edildi
Tarix:
5-09-2023, 10:44
/ 1 663 dəfə oxundu.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 62 ton süd məhsullarını məhv edib.
Bu barədə AQTA-dan məlumat verilib.
Sun Food MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 62.1 ton müxtəlif növ süd məhsulu EkoSum MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.