SON DƏQİQƏ

Trampdan İranla bağlı dünyaya MESAJ

Tarix:

1-11-2018, 12:27

/ 10 270 dəfə oxundu.
Trampdan İranla bağlı dünyaya MESAJ

ABŞ Prezidenti Donald Tramp İranın neft məhsulları və neft tədarükünə qoyduğu embarqonun müddətini uzadıb.

GunAz.az axar.az istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb.

İran nefti ilə bağlı bəyanat yayan Tramp isə dünyanın İransız da mövcud ola biləcəyini deyib:

“Mən belə qənaətə gəlmişəm ki, dünyada neft digər ölkələr tərəfindən kifayət qədər istehsal edilir. Bu, İranın neft və neft məhsullarının alışını azaltmaq üçün yetərlidir”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ noyabrın 4-də İran neftinə qarşı sanksiyalar tətbiq edəcək. ABŞ digər ölkələrdən bu tarixə qədər İran neftinin alışını dayandırmalarını istəyib, əks təqdirdə onlara qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ