SON DƏQİQƏ

ABŞ İrandan neft almağı QADAĞAN edir

Tarix:

27-06-2018, 11:56

/ 10 281 dəfə oxundu.
ABŞ İrandan neft almağı QADAĞAN edir

ABŞ müttəfiqlərindən İrandan neft idxalını noyabr ayına qədər dayandırmalarını istəyib. 

Gunaz.az   xəbər verir ki, bu barədə ABŞ-ın Xəzinə Nazirliyi açıqlama yayıb.

Noyabrın 4-nə qədər müttəfiq ölkələrin, eləcə də, şirkətlərin İrandan neft idxalını dayandırması qeyd olunub. Bildirilib ki, şirkətlər göstərilən müddətdə İranla neft ticarəti edərlərsə, ABŞ-ın sanksiyaları ilə üzləşəcəklər. 

O da məlum olub ki, tələb Çin, Hindistan, eləcə də, Türkiyə kimi İrandan neft idxal edən ölkələrə aiddir. 

Bu açıqlamadan sonra dünya bazarında neftin qiyməti yüksəlməyə başlayıb.

Xatırladaq ki, cari ilin may ayında ABŞ prezidenti Donald Tramp İranla bağlanmış nüvə müqaviləsindən çıxdıqlarını bəyan etmişdi. 

ABŞ-ın Xəzinə Nazirliyi isə İrana qarşı sanksiyaların 90-180 gün arasında yenidən tətbiq ediləcəyini bildirmişdi. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ