SON DƏQİQƏ
» » Hollandiya Fələstinə verdiyi yardımları dayandırıb

Hollandiya Fələstinə verdiyi yardımları dayandırıb

Tarix:

21-11-2019, 17:30

/ 1 270 dəfə oxundu.
Hollandiya Fələstinə verdiyi yardımları dayandırıb

 Hollandiya Fələstin muxtariyyətinə maddi yardımlarını dayandırdığını bəyan edib.

GunAz.az Fələstin mətbuatına istinadla xəbər verir ki, Hollandiya parlamenti ötən gün muxtariyyətə verilən illik təqribən 20 milyon avroluq yardımın dayandırılması barədə qərar qəbul edib.

Eyni zamanda Hollandiya parlamenti İordan çayının qərb sahilində İsrailin saldığı yəhudi yaşayış massivlərinin məhsullarına (Avropa İttifaqı tərəfindən) qoyulan qadağaya əməl etməyəcəyini bəyan edib.

Qeyd edək ki, bundan öncə Hollandiya BMT-nin fələstinli qaçqınlara yardım proqramını həyata keçirən UNRWA humanitar təşkilatına ayırdığı maddi yardımı da dayandırıb.

Qeyd edək ki, ilk dəfə Donald Tramp BMT-nin UNRWA humanitar təşkilatına yardımlarını dayandırıb. İsrail Hollandiyanın addımlarını özü üçün siyasi nəaliyyət hesab edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ