SON DƏQİQƏ
» » Dünya ictimaiyyəti ABŞ-ın İsrailin Fələstində saldığı massivlərlə bağlı qərarını qınayıb

Dünya ictimaiyyəti ABŞ-ın İsrailin Fələstində saldığı massivlərlə bağlı qərarını qınayıb

Tarix:

19-11-2019, 18:10

/ 702 dəfə oxundu.
Dünya ictimaiyyəti ABŞ-ın İsrailin Fələstində saldığı massivlərlə bağlı qərarını qınayıb

Avropa İttifaqı, Rusiya və BMT ABŞ-ın İordan çayının qərb sahilində salınan yəhudi yaşayış massivlərilə bağlı mövqeyini qınayıb.

GunAz.az RT-ə istinadla xəbər verir ki, Fələstin Muxtariyyətinin BMT Baş Assmbleyası və BMT Təhlükəsizlik Şurasına şikayət məktubundan sonra BMT TŞ ABŞ-ın yəhudi massivlərilə bağlı mövqeyini gündəmə çıxarıb.

BMT TŞ-ın bu gün keçirdiyi toplantısında ABŞ-ın Fələstində salınan yəhudi massivlərilə bağlı mövqeyi qınanılıb.

Eləcə də Rusiya və Avropa İttifaqı ABŞ dövlət katibi Mayk Pompeonun məsələ ilə bağlı son mövqeyini qınayıb. Rusiya və Aİ bəyan edib ki, İordan çayının qərb sahilində salınan yaşayış massivləri onların baxımından qanuni deyil.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo ötən günkü çıxışında bildrib ki, Donald Tramp administrasiyası İsrailin İordan çayının qərbində tikdiyi massivlərə qeyri qanuni baxmır.

Xatırladaq ki, İsrail 1967-ci ildən indiyədək yəni İordan çayının qərb sahilinin işğal edilməsindən sonra burada 80-dən çox yəhudi yaşayış massivi salıb. ABŞ hökuməti bundan öncə də Qüdsü İsrailin paytaxtı və Suriyanın Colan Yüksəkliklərini isə İsrailin ərazisi kimi tanıdığını elan edib.

скачать dle 12.1

Şərhlər