SON DƏQİQƏ
» » Netanyahunun əl-Xəlil şəhərinə baş çəkməsi fonunda İordan çayının qərbində vəziyyət gərginləşib

Netanyahunun əl-Xəlil şəhərinə baş çəkməsi fonunda İordan çayının qərbində vəziyyət gərginləşib

Tarix:

4-09-2019, 19:10

/ 1 813 dəfə oxundu.
Netanyahunun əl-Xəlil şəhərinə baş çəkməsi fonunda İordan çayının qərbində vəziyyət gərginləşib

 İsrail baş naziri İordan çayının qərbində yerləşən əsasən fələstinlilərin məskunlaşdığı əl-Xəlil şəhərinə baş çəkəcəyini bildirib. Fələstinli hərəkatlar bu ziyarətin mənfi nəticələrilə bağlı xəbərdarlıq ediblər.

GunAz.az Əlcəzirəyə istinadla xəbər verir ki, İsrail təhlükəsizlik qurumları baş nazir Benyamin Netanyahunun səfərinə görə İordan çayının cənub-qərbində yerləşən əl-Xəlil şəhərinə böyük qüvvələr cəlb ediblər.

Fələstinli hərəkatlar ilk dəfə baş tutan bu səfərin mənfi nəticələrilə bağlı ciddi xəbərdarlıq ediblər.

Məlumata görə əl-Xəlil şəhərinin cənub və qərb girəcəklərində bir neçə yerdə fələstinli gənclərlə İsrail qüvvələri arasında qarşıdurma baş verib.

Qeyd edək ki, İsrail baş naziri ötən gün bildirib ki, o əl-Xəlil şəhərinə gedərək, peyğəmbərlərin qəbrini ziyarət edəcək.

Bildirək ki, İsrailin işğalında olan İordan çayının qərb sahilindəki əl-Xəlil şəhərinin 20 faizi eləcə də şəhərin bütün giriş və çıxışları İsrail hərbi və təhlükəsizlik qüvvələrinin nəzarətindədir. Oslo anlaşmasına əsasən Fələstin muxtariyyəti şəhərin 80 faizində olan inzibati obyektləri idarə edir. Şəhərdə İbrahim, İshaq və Yəqub peyğəmbərin məzarları var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ