SON DƏQİQƏ
» » İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub 4-ü yaralanıb

İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub 4-ü yaralanıb

Tarix:

28-06-2019, 13:17

/ 1 308 dəfə oxundu.
İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub 4-ü yaralanıb

İşğal edilən Qüds şəhərinin şimalında fələstinlilərin etirazı zamanı İsrail qüvvələrinin açdığı atəş nəticəsində bir fələstinli gənc həlak olub. Yaralananlar var.

GunAz.az əl-Aləmə istinadla xəbər verir ki, Qüdsün şimalında əl-İsəviyyə qəsəbəsində baş verən etiraz aksiyaları zamanı Məhəmməd Səmir Ubeyd adlı 20 yaşlı bir fələstinli gənc həlak olub.

Fələstinin rəsmi xəbər agentliyi VƏFA-nın məlumatına görə İsrail qüvvələrinin atəşi nəticəsində daha 4 fələstinli yaralanıb.

Qeyd edək ki, əl-İsəviyyə sakinləri İsrail qüvvələrinin massivdə tətbiq etdikləri "təhlükəsizlik" qaydalarına və həyata keçirdikləri basqınlara etiraz ediblər.

Bildirək ki, bu gün İsrailin işğal etdiyi və nəzarətdə saxladığı İordan çayının qərb sahilində, eləcə də Qəzzada fələstinlilərin izdihamlı etiraz aksiyaları gözlənilir. Fələstin mətbuatı bildirib ki, bu günün etirazları ABŞ-ın münaqişə ilə bağlı planı haqda Bəhreyndə keçirdiyi toplantıya qarşı baş tutacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ