SON DƏQİQƏ
» » İsrail əsgərləri Fələstinli qadına atəş açdılar

İsrail əsgərləri Fələstinli qadına atəş açdılar

Tarix:

15-03-2017, 21:25

/ 3 583 dəfə oxundu.
İsrail əsgərləri Fələstinli qadına atəş açdılar

İsrail ordusunun əsgərləri Beytullahim şəhərinin cənubundakı Quş-Etziyon qovşağında avtomobillə hücuma cəhd etdiyini iddia etdikləri fələstinli qadına atəş açıblar.
Ağır yaralanan qadının kimliyi haqda heç bir məlumat verilmir.
İsrail ordusunun yayımladığı son bildiriş mətnində qeyd olunub: "İsrail əsgərləri Etziyon qovşağında maşınla hücuma cəhd edən fələstinli qadını zərərsizləşdirib".
Digər tərəfdən, Fələstənin rəsmi xəbər agentliyi WAFA-ya açıqlama verən Beytullahimdəki Fələstin Qırmızı Xaçının rəhbəri Məhəmməd Avad İsrail əsgərlərinin açdığı atəş nəticəsində sinəsindən 3 mərmi yarası alan qadının xəstəxanaya aparılmasına izin verilmədiyini deyib.
İnsan haqları təşkilatları İsrail hökumətini fələstinliləri mühakiməsiz edam etməkdə günahlandırır.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ