SON DƏQİQƏ
» » Netanyahu İordan çayının qərb sahilinin bütün bölgələrinin İsrailin nəzarətinə keçiriləcəyini bildirib

Netanyahu İordan çayının qərb sahilinin bütün bölgələrinin İsrailin nəzarətinə keçiriləcəyini bildirib

Tarix:

8-08-2019, 17:30

/ 1 890 dəfə oxundu.
Netanyahu İordan çayının qərb sahilinin bütün bölgələrinin İsrailin nəzarətinə keçiriləcəyini bildirib

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin suverenliyinin İordan çayının qərb sahilindəki bütün bölgələrdə tətbiq ediləcəyini vəd edib.

GunAz.az RT.Arabic-ə istinadla xəbər verir ki, İsrail baş naziri bunu Ramallah yaxınlığındakı yeni yəhudi yaşayış kompleksinin təməlqoyma mərasimində deyib.

Bu gün İordan çayının qərb sahilində bir İsrail əsgərinin cənazəsinin tapılmasına toxunan Benyamin Netanyahu israillilərə vəd edib ki, dövlətinin suverenliyi qərb sahilinin bütün bölgələrində tətbiq ediləcək.

İsrail baş naziri Ramallahın yaxınlığında Beyt-İl adlı qəsəbədə 650 mənzildən ibarət kompleksin təməlqoyma mərasimi zamanı deyib ki, "yeni yaşayış massivlərinin salınmasından məqsəd yəhudi xalqının kök atmasını təmin etməkdir."

Qeyd edək ki, 5860 kvadrat km ərazisi olan və təqribən 3 milyon fələstinlinin sakin olduğu İordan çayının qərb sahili 1967-ci ildə İsrail tərəfindən işğal edilib. Bəzi bölgələr tam olaraq İsrailin işğalında qalsa da, bəzi nahiyələrin yalnız giriş, çıxışları İsrail qüvvələri tərəfindən nəzarətdə saxlanılır. Ötən il ABŞ-ın Qüds qərarından və Suriyanın Colan Yüksəkliklərini İsrail ərazisi kimi tanımasından sonra İordan çayının qərb sahili və Qəzzada fələstinlilərin etirazları artıb. Bəzi ekspertlər vəziyyətin belə davam edəcəyi təqdirdə İordan çayının qərb sahilinin də İsrailin ərazisi kimi tanınmasını istisna etməyiblər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ