SON DƏQİQƏ
» » Fələstinlilər Netanyahunun əl-Xəlil şəhərinə daxil olmasını təcavüz və basqın adlandırıblar

Fələstinlilər Netanyahunun əl-Xəlil şəhərinə daxil olmasını təcavüz və basqın adlandırıblar

Tarix:

5-09-2019, 19:10

/ 1 891 dəfə oxundu.
Fələstinlilər Netanyahunun əl-Xəlil şəhərinə daxil olmasını təcavüz və basqın adlandırıblar

Fələstin Muxtariyyəti İsrail baş naziri Benyamin Netanyahunun İordan çayının qərb sahilində yerləşən və əsasən fələstinlilərin məskunlaşdığı əl-Xəlil şəhərinə baş çəkməsinə münasibət bildirib.

GunAz.az əl-Məyadinə istinadla xəbər verir ki, Fələstin Muxtariyyəti İsrail baş naziri Benyamin Netanyahunun İordan çayının qərb sahilində yerləşən və əsasən fələstinlilərin məskunlaşdığı əl-Xəlil şəhərinə daxil olmasını qıcıqlandırıcı basqın addımı adlandırıb.

Fələstin Muxtariyyətinin bəyanatında bildirilib ki, Benyamin Netanyahunun bu addımı müsəlmanların və xristianların müqəddəs atributlarına qarşı təhlükəli addımdır.

Qeyd edək ki, İsrail baş naziri cari ayda keçiriləcək Knesset seçkilərinin təbliğat-təşviqat kompaniyası çərçivəsində Fələstin Muxtariyyətinin nəzarətində olan əl-Xəlil şəhərinə daxil olub. O buradakı çıxışında İsrailin daima əl-Xəlildə qalacağını bildirib.

İsrail baş naziri ötən gün bildirib ki, o əl-Xəlil şəhərinə gedərək, peyğəmbərlərin qəbrini ziyarət edəcək.

Xatırladaq ki, İsrailin işğalında olan İordan çayının qərb sahilindəki əl-Xəlil şəhərinin 20 faizi eləcə də şəhərin bütün giriş və çıxışları İsrail hərbi və təhlükəsizlik qüvvələrinin nəzarətindədir. Oslo anlaşmasına əsasən Fələstin muxtariyyəti şəhərin 80 faizində olan inzibati obyektləri idarə edir. Şəhərdə İbrahim, İshaq və Yəqub peyğəmbərin məzarları var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ