SON DƏQİQƏ
» » “Apple” korporasiyası “AirPods Pro” qulaqlığını təqdim edib

“Apple” korporasiyası “AirPods Pro” qulaqlığını təqdim edib

Tarix:

29-10-2019, 16:04

/ 632 dəfə oxundu.
“Apple” korporasiyası “AirPods Pro” qulaqlığını təqdim edib

"Apple" korporasiyası səsboğucu sistemə malik yeni "AirPods Pro" qulaqlığını satışa çıxarıb. Bu barədə şirkətin nümayəndəsi məlumat verib. Yeni qulaqlıq xüsusi dəyişdirilə bilən başlıqlara malik yeni dizayn əldə edib. Bundan başqa, "AirPods Pro" qulaqlığı "IPX4" standartına uyğun olaraq su və toza qarşı dayanıqlıdır.

Səsboğucu sistem yalnız kənar səsləri azaltmır, həm də istifadəçinin ətrafda baş verənləri eşidə bilməsi üçün onları gücləndirə bilər. Korpusda yerləşdirilmiş xüsusi sensora toxunuş vasitəsilə iş rejimləri dəyişdirilə bilər. Həmin sensorun köməyi ilə gələn zənglərə cavab vermək mümkündür.

Aktivləşdirilmiş səsboğucu sistemə malik qulaqlıq 4.5 saat işləyir.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ