SON DƏQİQƏ
» » Fransızlar “Bugatti Chiron”u daha da gücləndirdilər

Fransızlar “Bugatti Chiron”u daha da gücləndirdilər

Tarix:

6-03-2018, 11:52

/ 10 513 dəfə oxundu.
Fransızlar “Bugatti Chiron”u daha da gücləndirdilər

Fransız şirkəti Cenevrə sərgisinə daha güclü hiperkarını gətirəcək.

Gunaz.az xəbər verir ki, söhbət “Chiron” modelindən gedir. Şouda təqdim ediləcək modelin aqreqatı 1800 at gücündədir.

Bundan başqa mühəndislər səsboğucu sistemə, mühərrik hissəsinin qapağına, kuzovun aerodinamikasına da əl gəzdiriblər. 8 litr həcmli mühərrik 1500 yox, 1800 at gücü hasil edəcək.

Hiperkarın dinamikası barədə heç bir məlumat yoxdur. Bilinən odur ki, standart “Bugatti Chiron” yerindən 100 km/saat sürəti 2.5 saniyəyə əldə edir. Maksimal sürəti isə 420 km/saatdır. Xüsusi açarla isə bu sürəti 450 km/saata qədər artırmaq mümkündür.

Qeyd edək ki, şirkət “Chiron” modelini 10 il istehsal ediləcək və cəmi 500 avtomobil buraxılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ