SON DƏQİQƏ

“Wi-Fi” istifadəçilərinə - ŞAD XƏBƏR

Tarix:

8-10-2017, 08:42

/ 2 166 dəfə oxundu.
“Wi-Fi” istifadəçilərinə - ŞAD XƏBƏR

Çinin elm adamları internetlə məlumatların ötürülməsində yeni bir mərhələyə qədəm qoyublar.
Gunaz.az xəbər verir ki, bu barədə Çinin mərkəzi telekanallarından biri olan CCTV məlumat yayıb. Verilən məlumata görə, hazırda çinli alimlər “Wi-Fi” ilə internetə qoşulanlar üçün gözəl imkanlar yaradıblar. Artıq bu vasitə ilə internetə qoşulanlar yüksək sürətdən bəhrələnə biləcəklər.

Belə ki, nadir elementlərdən istifadə edilən “Lİ-Fİ” məlumat ötürülməsində prosesi daha da sürətləndirib. Alimlər bu qurğunun hazırlanmasında nanotexnologiyadan istifadə ediblər. Bu da interneti daha da sürətlərndirib və bağlantını daha da etibarlı edib.

“Lİ-Fİ” ilə internet “Wi-Fi”dan daha da sürətli işləyir. Bundan başqa, “Wi-Fi” bəzən divar kimi əngəlləri keçə bilməyir. Lakin “Lİ-Fİ”yə quraşdırılan LED tipli lampalar vasitəsilə siqnallar daha böyük maneələri yarır.
Ev, ofis və digər yerlərdə sınaqdan keçirilən “Lİ-Fİ” sistemi “Wi-Fi” ilə müqayisədə daha etibarlı olduğu ortaya çıxıb. Buna baxmayaraq, çinli alimlər hələ də bu sistemin üzərində çalışırlar. Çinli fizik Çü Sonq bildirib ki, “Lİ-Fİ” sistemi əhəmiyyətli sistemdir. Onun fikrincə, 6 il ərzində bu sistem informasiya bazarına daxil olacaq.

“Lİ-Fİ” Çindən başqa, Türkiyə və ABŞ-da da sınaqlardan keçirilir. Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən sınaqda məlum olub ki, “Lİ-Fİ” sistemi “Wi-Fi” ilə müqayisədə 100 qat sürətlidir. Bundan başqa, 2015-ci ildə aparılan sınaqlarda məlum olub ki, “Lİ-Fİ” ilə internet 50 GB sürətlə ötürülə bilir.

скачать dle 12.1

Şərhlər