SON DƏQİQƏ
» » “488 GTB” versiyasının daha güclü versiyası təqdim edilib

“488 GTB” versiyasının daha güclü versiyası təqdim edilib

Tarix:

21-02-2018, 13:57

/ 1 171 dəfə oxundu.
“488 GTB” versiyasının daha güclü versiyası təqdim edilib

İtaliyanın məşhur avtomobil istehsalçısı “488 GTB” versiyasının daha güclü versiyasını təqdim edib.

Gunaz.az xəbər verir ki, yeni superkar “Pista” adlandırılıb. Bu söz italyan dilindən tərcümədə trek mənasını verir. Mühəndislər avtomobilin çəkisini 90 kq azaldıblar. İndi superkarın çəkisi cəmi 1.280 kq-dır.
Bununla yanaşı, “Pista”nın aqreqatı 711 at gücü hasil edir ki, bu da standart modelin gücündən 50 at gücü çoxdur. Yeni model V8-in ən güclü mühərriki ilə təchiz edilib.

“Pista” yerindən 100 km/saat süəti cəmi 2.85 saniyəyə əldə edir. 200 km/saat sürət üçün isə cəmi 7.6 saniyə vaxt tələb edilir. Avtomobilin maksimal sürəti 340 km/saatdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ