SON DƏQİQƏ

"Apple Watch"ın ən önəmli yeniliyi

Tarix:

28-03-2018, 16:20

/ 10 241 dəfə oxundu.
"Apple Watch"ın ən önəmli yeniliyi

"Apple"ə yaxın olan mənbələrdən biri MingChi Kuonun sözlərinə görə, "Apple"nin yeni modelində ən önəmli həmləsi ekranı genişləndirmək olacaq. 

Gunaz.az məlumat verir ki,yeni seriya fərqli bir Kuonun iddialarına görə, dizayna sahib olacaq və ekran əvvəlki modellə müqayisədə 15 faiz böyüyəcək. Lakin ekran böyüyərkən çərçivənin kiçiləcəyi, yaxud birbaşa saatın özü böyüyəcəyi məlum deyil.

Kuo cihazların dizaynında da əhəmiyyətli dəyişikliklərin ediləcəyini söyləsə də, ətraflı məlumat verməyib. 

Həmçinin şirkətin 2018-ci ildə 22 milyon 24 milyon ədəd arasında "Apple Watch" satışını həyata keçirəcəyini və əvvəlki ilə nisbətən 30 faiz artacağını söyləyib.

Qeyd edək ki, "Apple Watch 4" adlandırılacaq yeni ağıllı saatların payızda təqdim edilməsi gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ