Sabah ilin ilk təqdimatını keçirəcək “Apple” şirkətinin hələ bazara çıxarılmamış yeni məhsulları haqqında mediaya gizli məlumatlar sızdırılıb.
GUNAZ.az xəbər verir ki, məhsullarla bağlı bilgiləri şirkətin fəaliyyəti ilə bağlı xəbərlər paylaşan “9to5Mac” və “MacRumors” saytları dərc edib.
Yayılan xəbərlər görə, “Apple”ın istehsal etdiyi yeni telefonun adı “İPhone X” olacaq. Digər cihazlar isə “İPhone 8” və “İPhone 8 Plus” adlandırılacaq.
Yeni telefonların eksklüziv özəllikləri isə bunlardır:
· Toxunuşlu tanıma sistemi (Touch ID) yerinə üz tanıma sistemi (Face ID)
· Animasiya – 3D texnologiyası ilə istifadəçinin mimikalarını təqlid edə bilən smayllar
Bununla yanaşı, “Apple Watch” və “AirPod”a aid olan qulaqcıqların da fotoları sızdırılan bilgilər içərisindədir.
“BBC” xəbər saytı naməlum birinin adı çəkilən saytların şifrəsini qıraraq, şirkət daxilindəki kompüter aparıcılarından proqramı yükləməyi təmin etdiyini bildirib.
Qeyd edək ki, “Apple” tarixində bu böyüklükdə məlumat sızdırılması hadisəsi daha öncə baş verməyib.