SON DƏQİQƏ
» » Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır

Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır

Tarix:

11-09-2017, 18:01

/ 1 331 dəfə oxundu.
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır

Yearltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, məhdudiyyət Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində tətbiq ediləcək.

Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcərəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər.

GUNAZ.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ