SON DƏQİQƏ
» » Fransa prezidenti Trampı İrana qarşı sanksiyaları azaltmağa qane edəcəyini deyib

Fransa prezidenti Trampı İrana qarşı sanksiyaları azaltmağa qane edəcəyini deyib

Tarix:

27-06-2019, 20:20

/ 1 312 dəfə oxundu.
Fransa prezidenti Trampı İrana qarşı sanksiyaları azaltmağa qane edəcəyini deyib

Fransa prezidenti Emanuel Makron İrana qarşı sanksiyaları azaltmaq, onunla müzakirə aparmaq və nüvə sazişinin qorunub saxlanılması üçün ABŞ prezidenti Donald Trampı qane etməyə çalışacağını deyib.

GunAz.az İRNA-a istinadla xəbər verir ki, Emanuel Makron bu barədə Yaponiyaya səfəri çərçivəsində məlumat verib.

Tokiodan Kiotoya qatarla səfər zamanı jurnalistlərə müsahibə verən Fransa prezidenti bildirib ki, Yaxın Şərqdə və körfəzdə gərginliyi azaltmaq, nüvə sazişinin qorunub saxlanılması üçün İrana qarşı sanksiyaların bəzisinin aradan qaldırılması istiqamətində Trampı qane etməyə çalışacaq.

Bildirək ki, ABŞ nüvə sazişindən çıxdıqdan sonra İrana qarşı sanksiyalara başlayıb. İran, nüvə sazişində qalan Avropa dövlətlərinin addımlarını kafi bilmədiyindən, sazişin bəzi bəndlərinin icrasını dayandırıb və Avropa dövlətlərinə digər bəndlərlə bağlı möhlət verib.

Qeyd edək ki, E. Makron G20 sammitində iştirak etmək üçün Yaponiyaya gedib. Bu sammit çərçivəsində Donald Tramp və Rusiya prezidenti Valdimir Putinin də görüşü nəzərdə tutulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ