SON DƏQİQƏ
» » Ruhani Trampın qərarına qarşı çıxan Avropaya təşəkkür etdi

Ruhani Trampın qərarına qarşı çıxan Avropaya təşəkkür etdi

Tarix:

7-08-2018, 08:42

/ 10 264 dəfə oxundu.
Ruhani Trampın qərarına qarşı çıxan Avropaya təşəkkür etdi

Tehran ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qəbul etməyən Avropa ölkələrinin mövqeyini təqdir edir.

Publika.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib.

“Avropa ABŞ-ın İran barəsində mövqeyinə qarşı durur, baxmayaraq ki, uzun müddətdir Vaşinqtonun müttəfiqidir”, - agentlik prezidentdən sitat gətirib.

O vurğulayıb ki, İran Avropadan əvvəlki kimi nüvə sazişinin saxlanılmasına yönəlik addımlar gözləyir.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv edilmiş sanksiyaları bərpa edib. Sanksiyalar bu gün Bakı vaxtı ilə saat 08:00-də qüvvəyə minir.

Fransanın Xarici İşlər Nazirliyinin başçısı Jan-İv Le Drian, onun Britaniyadan olan həmkarı Ceremi Xant, Almaniyanın xarici işlər naziri Xayko Maas, həmçinin Avropa İttifaqının diplomatiyasının başçısı Federika Mogerini bu qərarla əlaqədar təəssüfünü ifadə ediblər. Bəyanatda vurğulanır ki, Avropa İttifaqı avqustun 7-dən qüvvəyə minəcək İran barəsində Amerika sanksiyalarından Avropa şirkətlərini qoruyacaq reqlamenti aktivləşdirir.

İsrailin baş nazir İsrail Benyamin Netanyahu isə Avropa ölkələrini ABŞ-ın ardınca İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb.

“Mən İran barəsində sanksiyaların tətbiqi ilə bağlı ABŞ prezidenti Donald Trampın və Amerika administrasiyasının əhəmiyyətli qərarını alqışlayıram. Mən Avropa ölkələrini bu təşəbbüsə qoşulmağa çağırıram. Danışıqların vaxtı keçdi, hərəkət etməyin vaxtı gəldi”, - o deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ