SON DƏQİQƏ
» » İran Avropaya 60 gün VAXT VERDİ: “Əks halda...”

İran Avropaya 60 gün VAXT VERDİ: “Əks halda...”

Tarix:

14-05-2018, 13:30

/ 10 311 dəfə oxundu.
İran Avropaya 60 gün VAXT VERDİ: “Əks halda...”

İran ABŞ-ın nüvə razılaşmasından çıxışından sonra nüvə sazişinin Avropadakı iştirakçılarından (Almaniya, Fransa, Böyük Britaniya - red.) onun saxlanılması üzrə zəmanətləri tələb etmək niyyətindədir.

Gunaz.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda İranın xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.

Onun sözlərinə görə, İranın maraqlarının müdafiəsi və ABŞ-ın sazişdən çıxışına görə vurulmuş zərərlərin kompensasiyası üzrə lazımı zəmanətlərin verilməsi üçün Avropa ölkələrinin 45-60 gün vaxtı var. İranlı diplomat qeyd edib ki, sazişin Avropa iştirakçıları tələb edilən zəmanətləri sözügedən müddətdə verməsələr, İran məcburi qərarları qəbul etməli olacaq.

Qeyd edək ki, aprelin 8-də ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxmaq barədə qərar qəbul edib. Ağ Evin başçısı hesab edir ki, saziş İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə ala bilməyib.

İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ nüvə razılaşmasını tərk edərsə, onu ciddi nəticələr gözləyir.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ