SON DƏQİQƏ
» » Brayn Huk: ABŞ İrana qarşı sanksiyaları yalnız hərtərəfli razılaşmadan sonra ləğv edə bilər

Brayn Huk: ABŞ İrana qarşı sanksiyaları yalnız hərtərəfli razılaşmadan sonra ləğv edə bilər

Tarix:

24-06-2019, 17:03

/ 1 291 dəfə oxundu.
Brayn Huk: ABŞ İrana qarşı sanksiyaları yalnız hərtərəfli razılaşmadan sonra ləğv edə bilər

ABŞ, nüvə və raket problemləri ilə insan hüquqlarını əhatə edən həqiqətən hərtərəfli bir razılaşma əldə edilərsə İrana qarşı tətbiq edilən sanksiyaları ləğv edə bilər.

GunAz.az TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə telefon danışığı zamanı ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Huk bildirib.

"Yeni müqavilə - həqiqətən hərtərəfli olmalıdır. Bu müqavilə  nüvə problemi, ballistik raketlərin problemləri, insan hüquqları və bölgədə Tehranın fəaliyyətlərini əhatə etməlidir. Yalnız belə bir müqavilə bağlandıqdan sonra ABŞ sanksiyalarını tamamilə ləğv edəcək və diplomatik əlaqələri bərpa edəcək", deyə o bildirib.

скачать dle 12.1

Şərhlər