SON DƏQİQƏ
» » Rəsmi Tehran Trampla Makronun İran haqda son çıxışına münasibət bildirib

Rəsmi Tehran Trampla Makronun İran haqda son çıxışına münasibət bildirib

Tarix:

7-06-2019, 11:58

/ 1 881 dəfə oxundu.
Rəsmi Tehran Trampla Makronun İran haqda son çıxışına münasibət bildirib

“Avropa tərəfləri siyasi bəyanatlar və vədlərə baxmayaraq, nüvə sazişində olan öhdəliklərinə, eləcə də ABŞ-ın bu sazişdən çıxmasından sonra öhdəliklərinə əməl etməyib. Avropa ölkələri İranın nüvə sazişindən bəhrələnməsi üçün lazımi şərait yarada bilməyiblər. Amma onlar yenidən nüvə sazişində olmayan məsələləri gündəmə gətirir, sazişin tərəfləri arasında olan etimadı və inamı aradan aparırlar. Bu Amerikanın məqsədinin yəni sazişin pozlumasının həyata keçməsi deməkdir.”

GunAz.az Tasnim Agentliyinə istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi deyib.

İran rəsmisi ABŞ prezidentinin Paris səfərində İran və nüvə sazişi haqda səsləndirdiyi fikirləri dəyərsiz adlandırıb və bildirib ki, bu fikirlərə reaksiya vermək və ona münasibət bildirmək belə dəyməz.

Fransa prezidenti Emanuel Makronun fikirlərinə gəldikdə isə, İran rəsmisi nüvə sazişindən kənar tələblərin irəli sürülməsini qəbuledilməz hesab edib.

S.A.Musəvi bildirib ki, nüvə sazişindən kənar tələblərin irəli sürülməsi və bu tələblərlə bağlı yeni bir müzakirə tələb etmək qarşılıqlı etimadı aradan aparacaq.

Qeyd edək ki, Trampın Paris səfərindən E. Makron da ABŞ prezidenti ilə həmfikir olduğunu demiş, İranın ballistik raketlər proqramının da sazişə əlavə edilməsini istəmişdi.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ