SON DƏQİQƏ

Donald Tramp qərarını verdi

Tarix:

9-05-2018, 11:30

/ 10 258 dəfə oxundu.
Donald Tramp qərarını verdi

ABŞ prezindenti Donald Tramp İran ilə nüvə sazişindən ayrıldığını açıqlayıb.

Gunaz.az xəbər verir ki, Lakin bu qərar dünya ölkələri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, Fransa prezidenti Emanuel Makron açıqlamasında, “Fransa, İngiltərə və Almaniya Trampın nüvə sazişindən çıxdığına görə üzüntülərini bildirir” deyib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani isə “ABŞ heç vaxt öz öhdəliklərini yerinə yetirməyib. İran sazişin bütün şərtləri ilə razı olub”,- deyə açıqlama verib.

Trampın qərarını isə sadəcə İsrail və Səudiyyə Ərəbistanı dəstəkləyib. İsrail Baş Naziri Binyamin Netanyahu “Tramp doğru və cəsur qərar verib. Onun qərarını məmnuniyyətlə qarşılayırıq”,- deyə bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ