SON DƏQİQƏ

Azərbaycanlı Peterburq kilsəsinə basqın etdi

Tarix:

8-05-2019, 11:35

/ 220 dəfə oxundu.
Azərbaycanlı Peterburq kilsəsinə basqın etdi

Sankt-Peterburq şəhərinin Petrodvorsov rayonunda azərbaycanlı saxlanılıb. Saxlanılan şəxs “Müqəddəs həvarilər Pyotr və Pavelin kilsəsi”nə basqın edib.

Moika78.ru-nun məlumatına görə, insident mayın 7-də günün ikinci yarısında baş verib. 

“Hyundai Accent” avtomobilində olan kişi kilsənin ərazisinə daxil olub. Daha sonra maşının baqajından alətlər, o cümlədən, ağır çəkic götürərək, binaya keçib. Onun həmin alətlərlə kilsədə nə etmək istədiyi məlum deyil.

Şahidlər hadisə ilə bağlı “112” xidmətinə zəng vurub. Azərbaycanlı kilsənin içində “Nevskaya Zastava” özəl mühafizə şirkətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı inzibati qaydada iş qaldırılıb. Saxlanılan şəxsin qeydiyyatı olmayıb.

скачать dle 12.1

Şərhlər