SON DƏQİQƏ

Qanadcıqsız ilk dron sınaqdan keçirildi

Tarix:

3-05-2019, 18:41

/ 179 dəfə oxundu.
Qanadcıqsız ilk dron sınaqdan keçirildi

Böyük Britaniyanın Mançester Universitetinin və BAE Systems Plc müdafiə şirkətinin birgə bazasında aviasiya tarixində ilk dəfə olaraq qanadcıqsız (qanadın mexanizasiya elementi - red.) olmadan manevr edə biləcək təyyarə hazırlanıb və sınaqdan keçirilib.

Bu haqda Bloomberg yazır.

Agentliyin məlumatına görə, “Magma” pilotsuz uçan aparat modeli yeni texnologiya ilə təchiz olunub. Bu texnologiya uçuş zamanı qanadcıq əvəzinə hava axınları ilə idarə olunmasına əsaslanır: hava axınları mühərrikin köməkliyi ilə səs sürətini üstələyən sürətlərdə qanadın arxa hissəsindəki məsamələrdən yönləndirilir.

Pilotsuz təyyarə dartıcı vektorun köməkliyi ilə manevr edə və işlənmiş qazın hesabına hərəkəti nizamlaya bilir.

Müdafiə şirkətinin rəsmisi, bu texnologiyanın istismarının həm təhlükəsizlik baxımından etibarlı olduğunu, həm də az xərc tələb etdiyini dilə gətirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ