SON DƏQİQƏ

“Çubaka” vəfat edib - FOTO

Tarix:

3-05-2019, 10:00

/ 330 dəfə oxundu.
“Çubaka” vəfat edib - FOTO

“Ulduz müharibələri” fantastik saqasında “Çubaka” personajını canlandıran britaniyalı-amerikalı aktyor Piter Meyhü 74 yaşında vəfat edib.

Bu haqda BBC aktyorun ailə üzvlərinə istinadən məlumat yayıb.

Aktyor aprelin 30-da Texas ştatındakı evində dünyasını dəyişsə də, faktı bir neçə gün mətbuatdan gizli saxlayıblar.

Aktyor 1977-2015-ci illər ərzində “Ulduz Müharibələri” (Star Wars) franşizasından çıxan bütün epizodlarda nəhəng Vuki döyüşçüsü Çubaka rolunu oynayıb.

Saqanın yaradıcısı Corc Lukas Çubaka roluna hündürboy aktyor axtarıb, bunun üçün 1,98 metr boyu olan Devid Prouzu seçib. Ancaq sonuncu baş antoqonist Dart Veyder rolunu istəyib.

Nəticədə rejissor yenidən axtarışlar apararaq, fiziki göstəriciləri həmin personaj üçün son dərəcə uyğun gələn, 2,18 metr boyu olan Piter Meyhünü tapıb və rolu ona həvalə edib.

 2015-ci ildən sonra çıxan epizodlarda “Çubaka” rolunu finlandiyalı Yunas Suotamo oynayıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ