SON DƏQİQƏ
» » Yaponiyadan Çinin IT nəhənglərinə qadağa: Gərginlik

Yaponiyadan Çinin IT nəhənglərinə qadağa: Gərginlik

Tarix:

16-12-2018, 13:33

/ 10 180 dəfə oxundu.
Yaponiyadan Çinin IT nəhənglərinə qadağa: Gərginlik

Yaponiya hökuməti mobil şəbəkələrin operatorları üçün ultra-sürətli 5G formatlı telekommunikasiya tezliklərinin bölünməsi zamanı ilk növbədə təhlükəsizlik məsələsinin nəzərə alınacağı barədə xəbərdarlıq yayıb.

GunAz.az xarici mediaya istinadla xəbər verir ki, Yaponiya Rabitə Nazirliyi gələn ilin martında 5G şəbəkələr üçün tezliklərin ayrılmasını planlaşdırır.

Mütəxəssislərin sözlərinə görə, hökumət tərəfindən müəyyən edilən qaydalar şəkilində yayılan bu xəbərdarlıq yapon mobil operatorların öz yeni şəbəkələrində Çinə məxsus telekommunikasiya avadanlığından istifadə olunmasına qarşı yönəlib. Həmin qaydalarda şəbəkənin planlaşdırılması və avadanlığın alınması zamanı təhlükəsizlik və etibarlılıq əsas şərt kimi irəli sürülür. Bu qaydalar Çinin IT nəhəngləri olan “Huawei” və “ZTE” şirkətlərini yapon bazarına buraxmamaq məqsədi daşıyır.

Yaponiyada dörd şirkət - “NTT Docomo”, “KDDI”, “SoftBank” və “Rakuten” şirkətləri 5 G şəbəkəsinin operatoru olmağı planlaşdırır. Onlar avadanlığın alınması zamanı hökumətin təyin etdiyi yeni qaydalara əməl edəcəklərini bildiriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ