SON DƏQİQƏ
» » Ayda “4G” mobil rabitə şəbəkəsi yaradılacaq

Ayda “4G” mobil rabitə şəbəkəsi yaradılacaq

Tarix:

28-02-2018, 19:49

/ 10 350 dəfə oxundu.
Ayda “4G” mobil rabitə şəbəkəsi yaradılacaq

Dünyada ən böyük mobil rabitə operatorlarından biri olan “Vodafone” şirkəti 2019-cu ildə Ayda “4G” mobil rabitə şəbəkəsi yaratmağı planlaşdırır.

Gunaz.az xəbər verir ki, lazımi infrastruktur Berlində fəaliyyət göstərən “PTScientists” şirkəti tərəfindən “Falcon 9” raketinin köməyi ilə Aya ilk özəl uçuş zamanı çatdırılacaq.

Raketin “Nokia”nın telefon dirəklərini Aya aparmasına kömək edəcəyi, həmçinin “Vodafone” şirkəti tərəfindən təmin edilmiş siqnalın isə Ayın səthindən yüksək dəqiqlikli videomateriallar ötürəcəyinə imkan yaradacağı güman edilir.

Bundan başqa, mobil şəbəkə “Audi” şirkətinin iki lunoxodu, həmçinin baza rolunu oynayan və ay enmiş “ALINA” (“Autonomous Landing and Navigation Module”) kosmik gəmisi arasında əlaqəni təmin edəcək.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ