SON DƏQİQƏ
» » Ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısı alınıb

Ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısı alınıb

Tarix:

28-10-2017, 12:52

/ 683 dəfə oxundu.
Ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən və gizli keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatı ilə yoxlanılıb. Yoxlama zamanı, monitorda mobil telefonların təsviri göründüyü üçün həmin şəxs saxlanılıb və təkrar yoxlamaya dəvət olunub.

Təkrar yoxlama nəticəsində, vətəndaşın bel çantasının içərisindəki şəxsi əşyaların arasında 4 ədəd “İphone 5S” markalı və 4 ədəd “İphone 6” markalı mobil telefonlar aşkar edilib.

Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı isə vətəndaşın əynindəki köynəyin sağ və sol qol nahiyələrinin hər birinin altında 1 ədəd və bel nahiyəsində köynəyin altında 2 ədəd “İphone 5S” markalı, gödəkçənin ciblərində isə 6 ədəd “İphone 5S” və 11 ədəd “İphone 6” markalı mobil telefonlar aşkar olunub.

Beləliklə, vətəndaşın əl yükündə və üzərində ümumilikdə 29 ədəd mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ