SON DƏQİQƏ
» » 30000 qanunsuz siqaretin qarşısı alındı - Gömrük

30000 qanunsuz siqaretin qarşısı alındı - Gömrük

Tarix:

23-10-2017, 11:22

/ 910 dəfə oxundu.
30000 qanunsuz siqaretin qarşısı alındı - Gömrük

Dövlət Gömrük Komitəsi (DGK) Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşi mübarizə şöbəsinə Sabirabad rayon sakininin idarə etdiyi "Saipa" markalı minik avtomobilində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin realizə ediməsi barədə məlumat daxil olub.

DGK-dan Gunaz.az-a verilən məlumata görə,idarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində həmin avtomobil Sabirabad rayonu ərazisində saxlanılıb və gömrük baxışı keçirilməsi məqsədilə İdarənin inzibati binasının həyətinə gətirilib. Sürücünün iştirakı ilə aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən üzərində aksiz markası olmayan 30 000 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər