SON DƏQİQƏ

Bilgəh çimərliyində boynu sınan gənc öldü

Tarix:

Bu gün, 10:15

/ 2 348 dəfə oxundu.
Bilgəh çimərliyində boynu sınan gənc öldü

Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib.
GunAz.az-ın əldə etdiyi məlumata görə, iyunun 14-ü Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Fuad Fəyyaz oğlu Musayev suya tullanarkən ehtiyatsızlıqdan xəsarət alıb.
Xəstəxanaya çatdırılan 22 yaşlı oğlanın boyun fəqərələrinin sındığı və sinirlərinin zədələndiyi məlum olub.
Tibbi yardıma baxmayaraq, F.Musayev iyulun 1-i xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
скачать dle 12.1

Şərhlər