SON DƏQİQƏ

Diş həkiminə getdi, gözünü itirdi

Tarix:

18-10-2017, 07:14

/ 1 139 dəfə oxundu.
Diş həkiminə getdi, gözünü itirdi

Kiprdə diş müalicəsi üçün həkimə gedən 7 yaşlı bir uşaq sol gözünü itirib. Buna həkimin sol gözə səhv olaraq dərman tökməsi səbəb olub.

Dövlət xəstəxanasında baş verən bu hadisə zamanı həkim dişləri dezinfeksiya edəcək dərmanı yanlışlıqla uşağın gözünə dağıdıb. Bütün cəhdlərə baxmayaraq, uşağın gözünü xilas etmək mümkün olmayıb. Türkiyə mətbuatının yazdığına görə, hadisə baş verən kimi xəstəxananın göz şöbəsinə müraciət edən uşağın ailəsinə orda da lazımi yardım göstərilməyib.

Daha sonra özəl bir xəstəxanaya aparılan uşağın ailəsinə bildirilib ki, uşağa vaxtında və lazımi səviyyədə müdaxilə olunsaydı, gözünü xilas etmək olardı. Haberturk.com saytı yazır ki, ailəsi həm diş, həm də göz həkimindən məhkəməyə şikayət edib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ