SON DƏQİQƏ
» » İnsanlar evlənəndən sonra bağışlamağı öyrənir

İnsanlar evlənəndən sonra bağışlamağı öyrənir

Tarix:

3-10-2017, 07:54

/ 882 dəfə oxundu.
İnsanlar evlənəndən sonra bağışlamağı öyrənir

Tilburg Universitetində Tila Pronk-un rəhbərliyi ilə holland psixoloqlarından ibarət bir komanda, evlilik bacarığı və ya xüsusiyyəti kimi iki mühüm şeyi müəyyənləşdiriblər: özünü ələ almaq (evlilik xətrinə bir çox şeyə göz yummaq) və bağışlamaq (partnyorunuzun sizi əsəbiləşdirdiyi şeyləri həzm etmək).

Araşdırmaçılar 199 yeni evlənmiş cütlüyə müraciət ediblər və ilk üç ay ərzində onların partnyorunu nə dərəcə bağışlaya bildiyini (iştirakçılar "Partnyorum məni incitsə, bağışla və unut" prinsipinə əsasən qiymətləndiriliblər) və özünü idarə etmək qabiliyyətini (iştirakçılar "Mən tamahımı boğmaqda məharətliyəm" prinsipinə əsasən qiymətləndiriliblər) ölçməyə çalışıblar. İştirakçılar ölçüləri qarşıdakı dörd il ərzində ildə bir dəfə təkrarlayıblar.

Nəticə göstərib ki, iştirakçıların bağışlama və özünü idarə etmə qabiliyyəti araşdırma əsnasında artıb. Statistik baxımdan bağışlama özünü idarəyə nisbətən daha çox artsa da, Pronk və komandası xüsusi olaraq özünü idarənin inkişafı üçün hazırlanmış psixoloji proqramlardan keçən insanlarda bunun çoxaldığını müşahidə ediblər.

 Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ