Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat məhkəməyə daxil olub.
Teleqraf xəbər verir ki, təqdimata Səbail Rayon Məhkəməsində baxılacaq.
Təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə yaxın saatlarda qərar açıqlayacaq.
***
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin 8 üzvü məhkəməyə gətirilib.
Bir azdan Səbail Rayon Məhkəməsində onlar barədə təqdimata baxılacaq.
Qeyd edək ki, İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən bu şəxslər Rusiya vətəndaşlarıdır.
***
Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs olunan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılır.
Proses Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən məhkəmə hazırda fasiləyə gedib.
Fasilədən sonra hökm oxunacaq.
Dəstə üzvlərinin barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.
Qeyd edək ki, 8 nəfər Rusiya vətəndaşından ibarət cinayətkar dəstə İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinirlər.