Bəhreyn Qətər hərbçilərinə ölkəni tərk etmək əmri verdi
Tarix:
18-06-2017, 21:07
/ 2 985 dəfə oxundu.
Bəhreyn hökuməti ABŞ-ın rəhbərliyi altında İŞİD terror qruplaşması ilə mübarizə üzrə koalisiyanın tərkibində xidmət edən Qətər hərbçilərinə 48 saat ərzində ölkəni tərk etmək əmri verib.
GUNAZ.azxəbər verir ki, bu barədə "RİA Novosti"yə vəziyyətlə yaxından tanış olan mənbə məlumat verib.
Qətər hərbçilərini Bəhreynə 2014-cü ildə göndərib. Onların dəqiq sayı məlum deyil.
"Onlar hələ ki, bazadadırlar, lakin, çox güman ki, yaxın iki gündə gedəcəklər", - deyə o əlavə edib.