Yeni il gecəsi dəhşətli terrorun törədildiyi bar söküldü - FOTO
Tarix:
22-05-2017, 17:55
/ 2 801 dəfə oxundu.
Yeni il gecəsi İstanbulda 39 nəfərin ölümü ilə nəticələnən terrorun baş verdiyi "Reina” diskotekası sökülüb. Azərbaycanlı Nuranə Həsənovanın da qurbanı olduğu hadisənin yaşandığı ünvan yerlə-yeksan edilib.
İstanbul şəhər bələdiyyəsi söküntü işlərini klubun şəhərin görüntüsünə xələl gətirməsi ilə izah edib.
"Reina” klubunda qanlı terror aktı törədərək onlarla insanı qətlə yetirən terrorçu Əbdülqədir Maşaripov olub.
O bildirib ki, bir neçə il öncə də Pakistanın Bader şəhərində bir hərbi maşının altına bomba yerləşdirib partladıblar. Maşaripov deyib ki, Türkiyəyə 2016-cı ildə qeyri-qanuni yollarla gəlib:
"Ailələ 4 ay Zeytinburnunda qaldıq. Sonra Qayaşəhərdə bir ev kiralayıb ora köçdük. Suriyadakı İŞİD əmirindən 2016-cı ilin noyabr ayında "Konyaya get” təlimatı aldım. Ailəmlə Konyaya köçdük. Konyada 1 ay qaldıktan sonra İstanbula gəldim”.
Terrorçu bildirib ki, İŞİD rəhbərliyi ilə xəbərləşməni telefonlarda olan "Telegram” proqramı vasitəsilə həyata keçirib.