SON DƏQİQƏ

“Reina” terrorçusu hər şeyi etiraf etdi

Tarix:

17-01-2017, 12:35

/ 5 856 dəfə oxundu.
“Reina” terrorçusu hər şeyi etiraf etdi

"Reina” gecə klubunda qətliam törədən terrorçu Əbu Muhammed Əl Horasani kod adlı Abdulkadir Maşaripov tutulduqdan sonra hər şeyi etiraf edib.
Bu barədə İstanbul valisi Vasip Şahin açıqlayıb.
Vali bildirib ki, terrorçu günahını etiraf edib və hücumun İŞİD-in əmri ilə etdiyini bildirib.
Həbs olunan terrorçu Abdulkadir Maşaripov 1983-cü ildə Özbəkistanda doğulub, Əfqanıstanda təlim keçib. 4 dil bilir. Türkiyəyə 2016-cı ilin yanvar ayında gəldiyi ehtimal olunur.
Türkiyə polisi terrorçunu tutmaq üçün 7 min 200 saatlıq kamera görüntülərini araşdırıb. Əməliyyata ümumilikdə 2 min polis cəlb edilib.
Məlumata görə, terrorçu əvvəlcə Başakşehirdə ev tutub. Daha sonra bir neçə ev dəyişdirərək, gizlənməyə çalışıb. Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar və dron aşkarlanıb.
скачать dle 12.1

Şərhlər