SON DƏQİQƏ

“İran hələ Rusiyadan kömək istəməyib”

Tarix:

20-05-2024, 15:29

/ 2 755 dəfə oxundu.
“İran hələ Rusiyadan kömək istəməyib”

“İran rəhbərliyi Rusiyanı ölkə Prezidenti İbrahim Rəisinin dəfn mərasiminə dəvət etməyib”.
GunAz.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, bu cür mərasimlərdə adətən xarici nümayəndələrin iştirakı nəzərdə tutulmur: “Buna görə də, bununla bağlı iranlı dostlarımızdan hər hansı məlumat almamışıq”.
Peskov, həmçinin qeyd edib ki, İran hələ ki İbrahim Rəisinin də içərisində olduğu helikopterin qəzaya uğramasının araşdırılmasına yardımla bağlı Rusiyaya müraciət etməyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 19-da İranın Moskvadakı səfiri Kazım Cəlali ilə görüş keçirib. Görüşdə, həmçinin Rusiyanın müdafiə naziri Andrey Belousov və fövqəladə halalr naziri Aleksandr Kurenkov, eləcə də Putinin müşaviri İqor Levitin iştirak edib. Peskov əlavə edib ki, Rusiya qəzaya uğrayan helikopterin axtarışları üçün İrana 2 helikopter göndərməyə hazır olub.
Xatırladaq ki, dünən helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onunla birlikdə vəfat edən şəxslərin dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ